Özkaranın komanda yoldaşından şok xəbər
29.12.2012 - 00:42
“Əskişəhərspor”da çıxış edən Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın komanda yoldaşı Cerri Akaminko avtomobil qəzasına uğrayıb. Apasport.az saytının “Ghanasoccernet”ə istinad məlumatına görə, bu hadisə 24 yaşlı müdafiəçinin vətəni Qanada baş verib.
Qəzadan sonra Akaminkonu taksi ilə xəstəxanaya aparıblar. Onun zədəsinin ciddi olmadığı bildirilir.
Qeyd edək ki, futbolçunun yerli cinayətkarlar tərəfindən hücuma məruz qaldığı ehtimal edilir.
Qəzadan sonra Akaminkonu taksi ilə xəstəxanaya aparıblar. Onun zədəsinin ciddi olmadığı bildirilir.
Qeyd edək ki, futbolçunun yerli cinayətkarlar tərəfindən hücuma məruz qaldığı ehtimal edilir.
0
0