Cuzeppe Kuçarininin qələbə resepti
20.01.2013 - 10:00
“Biz ilk matçı uduzmuşuq. Amma bu o demək deyil ki, zəifik və mərhələ adlamaq üçün gücümüz yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in baş məşqçisi Cuzeppe Kuççarini deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının I pley-off mərhələsində şanslarını dəyərləndirib. O bildirib ki, 1/3 final uğrunda ilk görüşdə “Azərreyl”ə uduzmaqlarına baxmayaraq, cavab matçında bütün güclərini ortaya qoyacaqlar: “Rəqibimiz çox güclü kollektivə malikdir. Amma biz mərhələ adlamaq üçün bütün gücümüzü meydanda qoymalıyıq. İkinci oyunda istəyirik ki, bütün potensialımızı göstərək və ürəklə sona kimi mübarizə aparaq. Bu halda ikinci oyunu qazanacağıq. Nəticədə isə “Qızıl set”ə ümid edəcəyik”.
Qeyd edək ki, ilk oyunda “Azərreyl”ə 0:3 hesabı ilə uduzan “Lokomotiv” cavab görüşünə yanvarın 23-də çıxacaq.

0
0