Təmsilçimizdən Koreyada növbəti qələbə
22.01.2013 - 13:49
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruduğu “Hyundai”i bu gün GS klubunun qonağı olub.
Qarşılaşma Ağayevanın komandasının “quru hesablı” qələbəsi ilə başa çatıb – 3:0 (25:20, 25:21, 25:17). 1 saat 15 dəqiqə çəkən görüşdə Yananın 7 dəqiq zərbəsi qeydə alınıb.
Beləliklə, XVII turdan sonra “Hyundai” 4-cü pillədəki yerini qoruyub. Onların aktivində 24 xalı var. Lider İBK isə 44 xala malikdir.

0
0