“Azarkeşlərimizi məyus etməməyə çalışacağıq”
02.02.2013 - 14:27
“Öz meydanımıza oynamaqdan xoşumuz gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın həndbolçulardan ibarət Polşanın “Politexnika” komandasının üzvü Solomiya Şverska deyib.
Qapıçı “Çelenc Cup”ın 1/16 final mərhələsində Azərbaycan çempionu ABU ilə baş tutacaq oyunlar haqda danışıb. O, bu gün və sabah baş tutacaq qarşılaşmaların çətin olacağını vurğulayıb: “Doğma tribunalar önündə azarkeşlərimizi məyus etməməyə, onları sevindirməyə çalışacağıq. Mərhələ adlamaq iddiasındayıq. Düzdür, heyətimizdə zədəli oyunçular var. Lakin buna baxmayaraq qarşımıza qoyulan yüksək hədəflərə çatmaq üçün qalib gəlməliyik”.

0
0