“Azərreyl” tay-brekdə uduzdu - YENİLƏNİB
06.02.2013 - 01:50
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, 1/3 final mərhələsinin ilk günündə “Azərreyl” səfərdə İtaliya çempionu “Yamamay”ı sınağa çəkib.
Qarşılaşmanın Bakı təmsilçisi üçün çətin keçəcəyi sözsüz idi. Çünki evdə gözəl oyun nümayiş etdirən Busto Arsizo klubu cavab görüşünə rahat yollanmaq üçün bütün gücünü ortaya qoyacaqdı. Bununla yanaşı, Azərbaycan klubları üçün Apennin yarımadasında oynamaq elə də uğurlu alınmır.
Lakin “Azərreyl”in hazırda yaxşı formada olması uğur qazanacağımıza böyük ümid verirdi. Onların səfərə vaxtından əvvəl yollanması, buradakı mühitə uyğunlaşması və İtaliya voleybolunu yaxından tanıyan oyunçularının olması əlavə üstünlüklər idi.
Matça gəldikdə isə oyun təmsilçilərimiz üçün yaxşı başlamayıb. Belə ki, “Azərreyl” ilk seti 25:17 hesabı ilə məğlub olub. Amma buna baxmayaraq Bakı klubu digər iki hissəni xeyrinə tamamlayıb. Lakin “Azərreyl” son iki setlərdə rəqibi qarşısında aciz qalıb. Matç “Yamamay”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Azərreyl” ilk oyunda uduzsa da yenə 1/2 finala yüksəlmək istəyini “dəfn” etməyib. Çünki onlar Bakıda bunun heyfini alıb, “Qızıl set”də rəqibinə yerlərini göstərmək gücündədirlər.
Çempionlar Liqası
II pley-off mərhələsi, ilk oyunlar
5 fevral
“YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
Hakimlər: Flipp Şürmann (Lixtenşteyn), Yohannes Van Der Velden (Hollandiya)
Busto Arsizio, “Palayamamay”

0
0