Məmmədova bombardir oldu, rəqib sevindi
07.02.2013 - 18:56
Məmmədova bombardir oldu, rəqib sevindi
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” bu gün CEV kubokunun 1/2 final mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçumuzun komandası Polşanın “Bank Fakro” kollektivini sınağa çəkib.

Omskda baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:2 (21:25, 25:19, 25:27, 26:24, 15:12). Məğlubiyyətə baxmayaraq, Məmmədova qarşılaşmada 30 xal toplayaraq bombardir adını qazanıb.

Qeyd edək ki, komandalar arasında ikinci görüş fevralın 14-də olacaq.