İtaliya çempionu Bakıya qalib gəlir
11.02.2013 - 11:52
İtaliya çempionu Bakıya qalib gəlir
Qadın voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in Çempionlar Liqasının II pley-off mərhələsindəki rəqibi “Yamamay” “Pesaro”nu qəbul edib.

Oyun Busto Arsizo təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (22:25, 25:15, 25:23, 25:27, 15:13). “Yamamay” xal itirməsinə baxmayaraq, A seriyasında liderliyini qoruyub. Onlar 30 xalla turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, İtaliya çempionu “Azərreyl”lə ilk oyunda da 3:2 hesablı qələbəyə sevinib. Cavab oyunu isə fevralın 13-də Bakıda olacaq.