“Rabitə” ehtiyatlı ol, “Azərreyl” adını doğrult!
12.02.2013 - 16:01
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 13-də baş tutacaq günün yeganə görüşündə “Azərreyl” İtaliya çempionu “Yamamay”ı qəbul edəcək.
Bu görüş “dəmiryolçular” üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ötən mövsüm “Dördlər finalı”na gedən yolda Bakıda Kazan “Dinamo”suna “Qızıl set”də uduzan komandamız bu dəfə həmin məğlubiyyəti unutdurmalıdır. Lakin “lotereya”da gücünü yoxlamaq üçün Alessandro Çiappininin yetirmələri əvvəlcə səfərdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxmalıdırlar.
Voleybol Mərkəzində yerli azarkeşlər önündə çıxış edəcək “Azərreyl”in bunu bacaracağı sözsüzdür. Çünki Bakı təmsilçisinin heyəti daha güclüdür və son illərdə uğur qazana bilməməsi onların mərhələ adlamasını zəruri edir.
Bu qarşılaşmadan bir gün sonra isə Azərbaycan çempionu “Rabitə” ikinci dəfə Kazan “Dinamo”sunu meydana dəvət edəcək. Onlar səfərdə qələbə qazandıqlarından Bakıda işləri nisbətən asan olacaq və bu səbəbdən də fanatlarına mövsümün sonuncu ev matçında gözəl oyunla şou göstərməyə çalışacaqlar. Bundan əlavə, hələ Marçello Abbondanzanın rəhbərliyi altında avrokubokda uduzmayan “Rabitə” qələbə seriyasını da davam etdirmək arzusundadır.
Lakin onlar Rusiya çempionu ilə görüşə arxayın çıxmamalıdırlar. Çünki Kazana təmsilçisi belə fürsətdən maksimum yararlanmağı bacarır. Onlar bunu evdə ilk oyunun 3-cü setində də nümayiş etdirdilər və 10 xal geridə olmalarına baxmayaraq, son anacan döyüşdülər. Bunun üçün “Rabitə” ehtiyatlı olub, “Qızıl set”ə ümid etməməlidir.
1/3 final mərhələsinin son görüşündə İstanbul klubları - “Əczaçıbaşı” – “Vakıfbank” münasibətlərinə aydınlıq gətirəcək. Burada isə “Qızıl set”in olması istisna deyil.
Çempionlar Liqası
1/3 final mərhələsi, cavab oyunları
13 fevral
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA)
Hakimlər: Arturo di Giakomo (Belçika), Lusian-Vasile Nastase (Rumıniya)
Bakı, Voleybol Mərkəzi
14 fevral
17:00. “RABİTƏ” (AZƏRBAYCAN) - “DİNAMO” (KAZAN, RUSİYA)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
19:00. “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – “VAKIFBANK” (TÜRKİYƏ)
İlk oyunlar
“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)
“YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
“VAKIFBANK” (TÜRKİYƏ) – “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – 3:1 (25:23, 23:25, 25:17, 25:15)

0
0