“Azərreyl” “qənimi”nə, “Rabitə” münasib rəqibə qarşı
27.02.2013 - 14:36
“Azərreyl” “qənimi”nə, “Rabitə” münasib rəqibə qarşı
Sabah Azərbaycan Super Liqasında müxtəlif turun 2 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq matçlardan birində VIII turun təxirə salınmış görüşü baş tutacaq.

Həmin oyunda “Azərreyl” həftədə ikinci dəfə “İqtisadçı” ilə qarşılaşcaq. Bu mövsüm “tələbələr”dən 2 ağır zərbə alan “dəmiryolçular” yenə çətin sınaq qarşısındadır desək, səhv etmərik. Çünki Çempionlar Liqası ilə vidalaşan Alessandro Çiappininin yetirmələri ümidini Azərbaycan çempionatına bağlasalar da, burada da işləri heç də qaydasında getmir. Bunun üçün onlar sabahkı görüşə dönüş nöqtəsi kimi baxırlar. Əgər onlar yenə universitet komandasından xal ala bilməsələr, çempionluq işini daha da çətinləşdirəcəklər.

“Azərreyl”dən fərqli, “İqtisadçı” hazırda yüksəlişdədir. Qələbələri sırayalayaraq, adından söz etdirməyi bacaran komanda təxirə salınmış matçdan yenə maksimum xalla ayrılmağı planlaşdırır. Çünki “dəmiryolçular”ın mövsümün startında “siftəsi”ni kor edən Bakı təmsilçisi bu dəfə də 3 xalı hədəfləyib. Bu səbəbdən qarşılaşmanın ilk 2 oyunla müqayisədə daha gərgin keçəcəyi gözlənilir. Qalibin tay-brekdə müəyyənləşəcəyi də istisna deyil.

Günün digər oyununda “Bakı-Azəryol” “Rabitə” ilə qarşılaşacaq. Aleksandr Çervyakovun komandasını son illərin dəyişməz ölkə çempionu ilə çətin matç gözləyir. Onlar turnir cədvəlində “Lokomotiv”i keçməyə cəhd etsələr də, bu, heç də asan başa gəlməyəcək.

Çünki hazırda əla formada olan “Rabitə” Çempionlar Liqasının “Dördlər finalı” öncəsi son oyununu keçirəcək. Onlar hələ məğlub olmadığı “Bakı-Azəryol”a qalib gəlməklə yanaşı, fanatlarına əla oyun göstərərək səfərə çıxmaq arzusundadır. Bunun üçün Marçello Abbondanzanın yetirmələrinin növbəti 3 xalını aktivinə yazacağı gözlənilir.

28 fevral
VIII turun təxirə salınmış oyunu

17:00. “AZƏRREYL” – “İQTİSADÇI”
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
İkinci oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (25:23, 22:25, 25:20, 25:15)



XVII tur
19:00. “BAKI-AZƏRYOL” – “RABİTƏ”
İlk oyun: “Bakı-Azəryol” – “Rabitə” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
İkinci oyun: “Rabitə” – “Bakı-Azəryol” - 3:1 (27:29, 25:13, 25:22, 26:24)


1
Rabitə
13
11
2
36-12
1181-971
34
2
İqtisadçı
13
11
2
36-13
1161-968
32
3
Azərreyl
11
8
3
26-11
905-769
24
4
Lokomotiv
13
7
6
28-20
1084-1013
22
5
Bakı-Azəryol
14
7
7
25-25
1118-1097
20
6
Telekom
14
2
12
6-36
771-1015
6
7
Lokomotiv Biləcəri
14
0
14
2-42
708-1095
0