“Azərreyl” tanış sima ilə anlaşdı - EKSKLÜZİV
21.05.2013 - 16:11
“Azərreyl” tanış sima ilə anlaşdı - EKSKLÜZİV
“Azərreyl” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Covanni Kapraranın imtinasından sonra “dəmiryolçular” “Bakı”nın sabiq baş məşqçisi Ancelo Vercesi ilə razılığa gəliblər.

“Bakı”da işlədiyi mövsümdə (2011/2012) komandasını “Çelenc Cup”ın finalına yüksəldən və Super Liqanın bürünc medalını qazanan 46 yaşlı braziliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda əməkdaşlıq uzadılacaq.

Qeyd edək ki, “Azərreyl”in ötən mövsümün sonunda istefaya göndərdiyi italiyalı Alessandro Çiappininin yerinə gələn Vercesi Azərbaycandan getdikdən sonra (1 il) işsiz idi.