Ulduzla başlayır
25.05.2013 - 10:21
Çempionlar Liqasında debüt edəcək “İqtisadçı” ilk transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az-ın eksklüziv məlumatına görə, universitet komandası ABŞ millisinin toppaylayıcısı Karli Lloydla danışıqları yekunlaşdırmaq üzrədir.
İtaliyanın “Yamamay” klubunun ulduz voleybolçusunun bu günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir. Onunla 1 illik anlaşma nəzərdə tutulub.
Lloydun karyerasına gəlincə, 2011-ci ildə ABŞ millisinin şərəfini qoruyan oyunçu komandası ilə debütdəcə Panamerika Oyunlarının bürünc medalını qazanıb. 2011-ci ildən “Yamamay”da çıxış edən 24 yaşlı Karli daha öncə ölkəsində CAL klubunda çıxış edib. O, 2012-ci ildə İtaliya kubokunu, 2013-cü ildə Çempionlar Liqasının bürünc medalını qazanıb.
Qeyd edək ki, Avropanın ən nüfuzlu klub turnirində 178 sm boya malik oyunçunun komandası “Yamamay” pley-offda “Azərreyl”ə qalib gəldiyi halda, yarımfinalda “Rabitə”yə uduzmuşdu.

0
0