1 qələbə, 2 məğlubiyyət - ilk dövrədə 3-cü yer
09.05.2021 - 19:31
1 qələbə, 2 məğlubiyyət - ilk dövrədə 3-cü yer

Kişi voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin F qrupunda I dövrəyə bu gün yekun vurulub.

Apasport.az saytının məlumatına görə, oyunları Gürcüstanda keçirilən dövrədə Azərbaycan yığması son matçına çıxıb.

Baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri qrupun lideri Yunanıstanla üz-üzə gəlib. Monteneqroya 1:3 hesabı ilə uduzan, ardınca Gürcüstanı üç setdə məğlubiyyətə uğradan millimiz Ellada təmsilçisinə uduzub. Rəqib "quru hesabla" qalib gəlib. 

Qrupda dövrənin son görüşündə isə meydan sahibləri Monteneqro ilə üz-üzə gəliblər. Gürcülər yenə set qazanmadan məğlub olublar. 

Beləliklə, voleybolçularımız ilk dövrəni 3-cü yerdə bitiriblər. İkinci yarının oyunları Monteneqroda təşkil olunacaq. Görüşlər mayın 14-16-da baş tutacaq. 

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
III tur, 9 may
15:30. Yunanıstan – Azərbaycan - 3:0 (25:21, 25:19, 25:18)
Hakimlər:
Dobromir Dobrev (Bolqarıstan), Mixail Medved (Ukrayna)
Tbilisi. Yeni Voleybol Arenası

1

Yunanıstan

3

3

0

9-2

8

2

Monteneqro

3

2

1

8-4

7

3

Azərbaycan

3

1

2

4-6

3

4

Gürcüstan

3

0

3

0-9

0

0