2 saat üçün 100 milyon dollardan imtina etdi - Maykl Cordan
01.05.2020 - 20:11
2 saat üçün 100 milyon dollardan imtina etdi - Maykl Cordan

NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordan 2017-ci ildə 100 milyon dollarlıq gəlirdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu Cordanın meneceri Devid Falk açıqlayıb.

Onun sözlərinə görə, 57 yaşlı sabiq basketbolçu bir markanın 2 saatlıq reklam çəkilişi üçün edilən astronomik məbləği rədd edib: "Üç il əvvəl ona 100 milyon dollarlıq bir müqavilə gətirdim. Görəcəyi iş 2 saatlıq çəkiliş olacaqdı, amma imtina etdi. O qədər uğurlu idi ki, istədiyi hər işi görmək imkanı var idi. Ona heyranam. Qatılmaq istədiyi tədbirlər və reklamlar məsələsində həssasdır".

Qeyd edək ki, Maykl Cordanın sərvəti 1,5 milyard funt-sterlinq dəyərində göstərilir.
 

0
Maykl Cordan basketbol əfsanəvi basketbolçu