Qadın voleybolçular arasında İndoneziya çempionatına III turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” tur çərçivəsində yarışın favoritlərindən sayılan “Bandunq BJB” ilə qarşılaşıb.
Matç təmsilçimizin komandasının aşkar üstünlüyü ilə keçib. Odina Əliyeva və Natalya Məmmədova kimi təcrübəlilərdən qurulan “Cakarta” bu rəqibinə də yerini göstərib. Heyətində “Əczaçıbaşı”, “Qalatasaray” (hər ikisi Türkiyə) və “Volero” (İsveçrə) kimi klublarda oynamış Dias Rosir Kalderon, ötən il CEV kubokunun bombardiri olmuş Nikoleta Pereviç və İndoneziya millisinin lideri Aprilia Manqananqın yer aldığı “Bandunq BJB” “Cakarta”dan bir set belə ala bilməyib.
Ziya Rəcəbovun komandası ilk və ikinci hissəni 5 top öndə bitirib. Üçüncü set isə 25:13 hesabı ilə yekunlaşıb.
Nəticədə 3-cü oyununu da 3:0 hesabı ilə başa vuran “Cakarta” liderliyini davam etdirir. Ziya Rəcəbov tailandlı, çinli mütəxəssislərin ardınca indoneziyalı çalışdırıcının komandasına qalib gəlib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq