Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının qrup mərhələsinin ikinci dövrəsinin hakim təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının matçlarının ədalət təmsilçiləri də bəlli olub.
Komandamız Fransada meydan sahibləri İspaniya və Rumıniya ilə görüşəcək. Bu qarşılaşmalarda Portuqaliya, İtaliya, Almaniya və Fransa təmsilçisi fit çalacaq.
Qızıl Avropa Liqası
II dövrə
IV tur, 4 iyun
20:00. İspaniya – Azərbaycan
Hakimlər: Olivye Julye (Fransa), Vitor Alexandre Qonsalveş (Portuqaliya)
Marehal Harnes regional idman zalı
V tur, 5 iyun
23:30. Fransa – Azərbaycan
Hakimlər: Vitor Alexandre Qonsalveş (Portuqaliya), Armando Simbari (İtaliya)
Marehal Harnes regional idman zalı
VI tur, 6 iyun
18:00. Azərbaycan – Rumıniya
Hakimlər: Olivye Julye (Fransa), Daniel Aranoviç (Almaniya)
Marehal Harnes regional idman zalı