FİBA basketbolun 3X3 növü üzrə reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmaları siyahıda yenə geriləyiblər.
Belə ki, kişilərdən ibarət millimiz reytinqdə 3 rəqibini özündən irəli buraxmaqla, 42-ci yerə enib. Lakin komandamızın heyətində heç kim fərqləndirilməyib. Samit Nuruzadənin rəhbərlik etdiyi yığmada yenə hansısa basketbolçumuz “Top-250”yə düşə bilməyib.
Qadın basketbolçulardan ibarət yığmamız da mövqeyini itirib. Avropa çempionatının seçmə mərhələsində qrupda qalan komandamız 18 pillə geriləyib və hazırda 69-cudu. Komandamızın üzvlərindən Dina Ulyanova isə daha 174 rəqibindən geriyə düşüb – 244-cü yer. Həmçinin son siyahıda 190-cı olan Tatyana Deniskina “250-liy”i tərk edib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq