ABŞ klubuna keçdi – yığmamızın hücumçusu
15.11.2020 - 22:23
Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Pro Liqada mübarizə aparan “Atletes Unlimited”lə müqavilə imzalayıb.
Son mövsümü “Cakarta”da (İndoneziya) oynayan Əliyeva razılaşmaya əsasən 1 mövsüm yeni klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, İndoneziyada çempion olmaqla yanaşı, 3 nominasiyada - I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçu seçilən yığmamızın sabiq kapitanı İtaliya və Türkiyədə də legioner həyatı yaşayıb.
0
0