Avropa kubokunda çıxış edəcək qadın həndbolçulardan ibarət “Azəryol”un oyunlarının vaxtı və yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz 2-ci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək.
“Azəryol” ilk oyununu oktyabrın 16-17-də səfərdə, cavab görüşünü 23-24-də evdə keçirməli idi. Lakin klublar hər iki matçın Yunanıstanda keçirilməsini razılaşdırıb. Bu oyunlar Salonikidə təşkil olunacaq.
Oktyabrın 23-dəki matçda “AEP Panorama” meydan sahibi olacaq. Ertəsi gün eyni məkanda baş tutacaq görüşün nominal meydan sahibi “Azəryol” olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.