Ayşən Abduləzimova “Vaşaş”la qalib oldu
25.02.2022 - 10:23
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində növbəti uğurunu qazanıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli blokçumuzun komandası MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olub.
“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19).
Bununla da Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0