Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan çempionu olub.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu uğura şərəfini qoruduğu “Vaşaş” klubunun heyətində imza atıb.
Ayşənin komandası Macarıstan çempionatının finalında “Bekeşçaba”nı üstələyib. Çempionun adına seriyanın 5-ci matçında aydınlıq gəlib.
3:0 (25:20, 25:17, 25:15) hesabı ilə qalib gələn “Vaşaş” seriyada hesabı 3:2-yə çatdırıb. Bununla da klub tarixində 7-ci dəfə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, bu, Ayşənli “Vaşaş”ın mövsümdə üçüncü tituludur. Təcrübəli blokçumuzun komandası bunadək MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını da əldə edib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq