Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında oynamayacaq.
Apasport.az saytının məlumatına görə, bununla bağlı Avropa Voleybol Konfederasiyası (CEV) yarışda dəyişiklik etmək məcburiyyətində qalıb.
CEV artıq milli komandamızın adını iştirakçılar sırasından çıxarıb. Komandamızı C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Voleybolçularımızın əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.
Qadınlardan ibarət milli ilə yanaşı, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir. Lakin CEV hələlik Azərbaycanın adını iştirakçılar sırasından silməyib.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq