22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2022, Təsnifat mərhələsi
E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq