Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, 4 komandanın dörd dövrədə mübarizə apardığı çempionatda XII turun iki matçı keçirilib.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Bütün komandaların mövqeyi rəsmiləşdiyindən son tur formal xarakter daşıyıb.
Öncə çempion və bürünc medalçı meydana çıxıb. Xal itirməyən “Abşeron” mövsümü 100 faizlik nəticə ilə başa vurub. Onlar “Murov”la son turu da qələbə ilə yekunlaşdırıblar. Eldar Yusubovun komandası məğlubedilməz olmaqla yanaşı, 1 xal belə itirməyiblər.
Mövsümün son matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Voleybolumuzun flaqmanı da çempionatı qələbə ilə başa vurub.
Beləliklə, ötən ilin dekabrında start götürən Super Liqaya yekun vurulub. “Abşeron” qızıl, “Azərreyl” gümüş, “Murov” bürünc medala sahib olub.
Super Liqa
XII tur
16 aprel
14:00. “Abşeron” - “Murov” - 3:1 (25:21, 25:19, 19:25, 25:19)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
16:00. “Azərreyl” – UNEC - 3:1 (25:18, 25:16, 16:25, 25:23)
Azərbaycan Voleybol Federasiyasının idman zalı
N |
K |
O |
Q |
M |
S |
T |
X |
1 |
Abşeron |
12 |
12 |
0 |
36-4 |
986-757 |
36 |
2 |
Azərreyl |
12 |
6 |
6 |
23-22 |
1001-967 |
20 |
3 |
Murov |
12 |
4 |
8 |
17-28 |
964-983 |
11 |
4 |
UNEC |
12 |
2 |
10 |
12-34 |
832-1056 |
5 |