Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 12-də kişi voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçiriləcək.
“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.
Qadın voleybolçular arasında Super Liqada XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı 16:00-da “Abşeron”la “Azərreyl” arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək. Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq