Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün başa çatacağı vaxt bəlli olub.
Apasport.az saytının məlumatına görə, 4 dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.
Günün ilk matçında “Neftçi” “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.
“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” – MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.
Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.