Azərbaycan çempionatında turun oyunlarının vaxtı
28.03.2022 - 14:58
Azərbaycan çempionatında turun oyunlarının vaxtı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, III dövrə çərçivəsində keçiriləcək XIV turun matçları martın 29-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK – “Murov”la üz-üzə gələcək, ardınca 17:00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.

Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
 

0