Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turu təxirə salınıb.
Apasport.az saytının Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb “Azərreyl” və UNEC klublarının müraciəti olub.
Müraciətdə bildirilib ki, hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb və həkim məsləhətinə görə onlar bir müddət məşq proseslərindən kənar qalmalıdırlar. Federasiya bunu nəzərə alaraq, “Azərreyl” – “Abşeron” və UNEC – “Murov” matçlarının başqa tarixə dəyişdirilməsini qərara alıb.
Həmin müraciət əsasında Super Liqanın VIII turunun oyunları təxirə salınıb. Görüşlərin yeni tarixi və keçirilmə yeri hələlik məlum deyil.