Azərbaycan çempionatının oyunları təxirə salındı - SƏBƏB
14.01.2022 - 12:45
Bu gün qadın voleybolçular arasında keçirilməli olan Azərbaycan Super Liqasının I dövrəsinin oyunları təxirə salınıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq. Matçların yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan Voleybol Federasiyasının İdman zalında saat 16:00-da “Azərreyl”lə “Abşeron” oyunu, 18:00-da isə UNEC – “Murov” görüşünün keçirilməsi nəzərdə tutulmuşdu.
0
0