Kişi voleybolçulardan ibarət “Sərhədçi” klubunda iki koronavirusa yoluxma aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qüdrət Məlikov və adı açıqlanmayan voleybolçusunun testi müsbət nəticə verib.
Bu səbəbdən bütün komanda karantinə alınıb. “Sərhədçi”nin üzvlərinin təcrid olunması Azərbaycan çempionatının Yüksək Liqasının təqviminə də təsirsiz ötüşməyib.
Komandanın qarşıdakı iki görüşü təxirə salınıb və artıq rəqiblər bu barədə məlumatlandırılıb. Fevralın 2-də MOİK, üç gün sonra “Murov”la matçlara çıxa bilməyəcək “Sərhədçi”nin qarşılaşmalarının tarixini Azərbaycan Voleybol Federasiyası müəyyənləşdirəcək.
Qeyd edək ki, “Sərhədçi” ilk turda “Ekspress”ə 0:3 hesabı ilə uduzub.