Bakının “Sərkərdə” klubunun sabiq basketbolçusu Nikolay Kojuxari İrlandiyanın Offali şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Apasport.az saytının məlumatına görə, moldovalı legioner narkotik maddələri satmaq üçün yetişdirmək və saxlamaqda ittiham olunur.
28 yaşlı basketbolçu iki həmyerlisi ilə birlikdə 100 min avro dəyərində maddə ilə həbs edilib. Hər üç şəxsə zaminə buraxılmaqdan imtina olunub və Kloverhill həbsxanasına yerləşdirilib.
Qeyd edək ki, ötən il oktaybrın sonunda "Sərkərdə"yə keçən moldovalı basketbolçu həmin ilin dekabrında ölkəmizdən ayrılıb. Onun komandadan göndərilməsinə intizamsızlığı və ümidləri doğrultmaması səbəb olub.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq