Voleybol yığmalarının Avropa reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının mövqeyi bəlli olub.
Hər iki komandamız ötən cədvəllə müqayisədə irəliləyib. Kişi voleybolçularımız 96 xalla 28-ci sırada qərarlaşıb. Yığmamız 2021-ci ildə heç bir matç keçirmədikləri üçün hərəyə 50 xal cərimələnən İslandiya, Kipr və Moldovanı arxada qoyub.
89 xala malik qadın yığmamız da 28-ci sıraya qədər irəliləyib. Komandamız aktivindən 50 xal silinən Kipr, İslandiya və Albaniyanı keçib.
Qeyd edək ki, Polşa 345 xalla kişilərin, Serbiya 366 xalla qadınların reytinqində birincidir.