Bakı klubunun oyunçusundan vida
18.05.2020 - 15:24
Bakı klubunun oyunçusundan vida

Bakının “Azəryol” klubunun sabiq voleybolçusu Marin Van Romer karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, almaniyalı toppaylayıcı 33 yaşında idmanla vidalaşıb.

O, 2015-16-cı illərdə Azərbaycanda çıxış edib. Həmin vaxt Apits soyadını daşıyan voleybolçu ailə həyatı qurduqdan sonra Van Romer olub. Bakını tərk edəndən sonra yalnız bir klubda oynayan almaniyalı vətənində “Drezden”in şərəfini qoruyub.

100-dən çox matçda Bundestimin də formasını geyinən Marin karyerası ərzində Berlin “Olimpiya”sı və Fransa “Kann”ında da çıxış edib.

Qeyd edək ki, Azərbaycanda heç bir titul qazanmayan voleybolçu ikiqat Almaniya, həmçinin Fransa çempionatının və Çelenc kubokunun qalibidir.
 

0
Marin Van Romer voleybol Marin Apits