Basketbolçu məşqdə öldü – 27 yaşında
07.08.2020 - 17:58
Basketbolçu məşqdə öldü – 27 yaşında

Serbiyanın “Srvena Zvezda” klubu ilə müqaviləsi yeni başa çatan basketbolçu Maykl Odjo vəfat edib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı məşq zamanı ölüb.

Buna ürək tutması səbəb olub. Hadisə basketbolçunun fərdi hazırlıq keçməsi zamanı yaşanıb. İndiyədək sağlamlıqla bağlı heç bir şikayəti olmayan Odjo qaçış zamanı özünü pis hiss edib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, peşəkar karyerasına Belqradda başlayan Odjo 2019-cu ildə Serbiya çempionu olub. Onunla bağlı ən maraqlı məqam “Nike” şirkətinin onun üçün idman ayaqqabısı hazırlamaq üçün xərcə düşməsidir. Məsələ ondadır ki, şirkətin standart ayaqqabıları basketbolçuya uyğun gəlməyib. Çox böyük - Amerika sistemi ilə 21 ölçüdə ayaqqabı geyən basketbolçunu təmin etmək üçün xüsusi olaraq 15 min dollarlıq avadanlıq quraşdırılıbmış.
 

0