Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Azərbaycan Basketbol Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.
Həmçinin, martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutmalı olan Jr.MBA-nın püşkatması da koronovirus səbəbindən baş tutmayacaq.