Bikini ilə meydana çıxmadığı üçün cəzalandı – milli komanda
20.07.2021 - 18:54
Çimərlik həndbolu üzrə qadınlardan ibarət Norveç milli komandası qeyri-adi cəza alıb.
Apasport.az saytının məlumatına görə, skandinaviyalılar AVRO-2021-in oyunlarından birinə bikinidə çıxmaqdan imtina edib.
Norveç yığması 3-cü yer uğrunda qarşılaşmada şortla oynayıb. İspaniya ilə matçdakı bu hərəkət cəzalanma ilə nəticələnib.
Milli 1500 avro cərimələnib. Yəni 10 həndbolçunun hərəsi 150 avroluq cəza alıb.
0
0