Braziliya klubu ilə müqaviləni uzatdı – millimizin sabiq hücumçusu
08.08.2020 - 12:16
Braziliya klubu ilə müqaviləni uzatdı – millimizin sabiq hücumçusu

Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Polina Rəhimovanın gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümündə Braziliyanın “Sesi” klubunda çıxış edən təcrübəli hücumçu komandasını dəyişməməyə qərar verib.

Polina Cənubi Amerika təmsilçisi ilə müqaviləsini uzadıb. O, növbəti mövsümdə də Bauru klubunun uğurları üçün çalışacaq.

2020/21 mövsümündə də “Sesi Bauru”da oynayacaq Rəhimova ötən çempionatda bu komandanın liderlərindən birinə çevrilib. O, Superliqanın son mövsümünün ən məhsuldar oyunçusu olub. Voleybolçumuz 428 xal (orta hesabla hər setə 5,28) toplayaraq bütün rəqiblərini arxada qoyub. Bu xalların 45-i topu oyuna daxiletmədən qazanılıb.

Qeyd edək ki, Azərbaycan millisində karyerasını başa vuran Polina ötən mövsüm Superliqanın rəmzi komandasında da yer alıb.
 

0
Polina Rəhimova Sesi müqavilə