Qadın voleybolçular arasında Braziliya Superliqasının statistikası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 7 turun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan millisinin hücumçusu Polina Rəhimova da yer alıb.
“Sesi”nin formasını geyinən yığmamızın lideri bombardirlər yarışında birincidir. O, 26 setdə komandasına 155 xal qazandırıb. Rəhimova ən yaxın izləyicisi Saraelen Limanı (“Pinheyros”) 50 xal qabaqlayır.
Hücumçu seyv sayında da liderdir. Onun 19 topu komandasına birbaşa xal gətirib. Polinanı bu siyahıda məşhur braziliyalı Taisa Daher Pallezi (“Minas”) izləyir – 12 xal.
Qeyd edək ki, Rəhimovanın şərəfini qoruduğu “Sesi” 7 matçdan 14 xal toplayıb və 12 komanda arasında 5-cidir.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq