Bu gün start götürməli olan voleybol üzrə Çempionlar Liqasında mübarizə aparacaq iki komanda yarışı tərk edib.
Apasport.az saytının məlumatına görə, buna həmin klubların heyətində koronavirusa yoluxanların aşkarlanmasıdır.
Kişilərin yarışında Xorvatiyanın “Mladost” klubu xəstəliyin qurbanı olub. I mərhələnin A qrupunda I dövrənin oyunlarını qəbul etməli olan Zaqreb təmsilçisi yarışa qatılmayacaq. Xorvatiyalıların “Erzeni” (Albaniya) və “Kapoşvar”la (Macarıstan) hər iki dövrədəki görüşləri ləğv olunub. Nəticədə A qrupunda qalib elə bu iki komanda arasında görüşlərdə müəyyənləşəcək.
Qadınların yarışında da bənzər hadisə yaşanıb. Eyni səbəbdən Belarus təmsilçisi “Minçanka” yarışa qatılmayacaq. Bu üzdən Almaniya “Ştutqart”ı II mərhələyə yüksəlib.