“Cavid Qurbanov bu gün yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi. Bu münasibətlə onu təbrik edirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransında yenidən prezident seçilən Cavid Qurbanova əvvəlki dönəmdəki fəaliyyətinə görə təşəkkürünü bildirib: “Cavid müəllimin bugünkü çıxışı məni həyəcanlandırdı. Mən də özümü voleybola yaxın hesab edirəm. Ötən dövrdəki fəaliyyətinə görə, Cavid müəllimə təşəkkür etmək istəyirəm. Qadın voleybolçuların qazandığı uğurlar bütün xalqın ürəyincə sevinc hissi yaradırdı. Başqa idman növlərində bu uğuru görmürdük. Fərdi idman növlərində uğurlarımız olur. Ancaq komanda idman növlərində qadın voleybolçularımız bizi sevindirir. Hesab edirəm ki, növbəti hesabat dövründə voleybolda nailiyyətlərimiz daha çox olacaq”.