Azərbaycanın daha 5 voleybolçusu 2021/22 mövsümündə legioner həyatı yaşayacaq.
Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmanın iki, qadın millimizin üç üzvü özünə yeni komanda tapıb.
Təmsilçilərimizdən üçü İsrail çempionatında çıxış edəcək. Andrey Vasilenko “Hapoel İroni” (Kiryat Ata) klubunun formasını geyinəcək. Xanım voleybolçularımızdan Yana Doroşenko “Makkabi İroni Hadera”nın, Larisa Smeltsova “Eilaboun””un şərəfini qoruyacaq.
Onların yığmadakı komanda yoldaşı Mariya Kirilyuk Rusiyaya üz tutub. O, Nijni-Novqorod təmsilçisi “Sparta”nın uğurları üçün çalışacaq. Kipr çempionatında oynamaq imkanı qazanan Tural Həsənli “AE Karava Lmbousa” klubu ilə müqavilə imzalayıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq