Daha bir növ üzrə çempionat bərpa olunmayacaq – Türkiyədə
11.05.2020 - 22:26
Daha bir növ üzrə çempionat bərpa olunmayacaq – Türkiyədə

Türkiyədə basketboldan sonra voleybol üzrə ölkə çempionatlarının da başa çatdığı elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya prezidenti Mehmet Akif Üstündağ açıqlama verib.

Federasiya rəhbəri bildirib ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan kişi və qadınların yarışı bərpa olunmayacaq. Qərara əsasən, çempionatlarda mükafatçılar müəyyənləşməyəcək. Həmçinin heç kim elitanı tərk etməyəcək. Əvəzində həm kişilərin, həm də qadınların çempionatında aşağı liqadan gələcək komandalarla birlikdə növbəti mövsümün iştirakçı sayı 16-ya yüksələcək.

Mehmet Akif Üstündağ növbəti mövsümə sentyabrda start götürməyi planlaşdırdıqlarını deyib.
 

0
voleybol Türkiyə çempionatı bərpa olunmayacaq