Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi toppaylayıcısı Valeriya Kondratyeva ilə müqaviləni rəsmən yeniləyib.
20 yaşlı milliləşdirilmiş legioner daha bir mövsüm “Azərreyl”in uğurları üçün çalışacaq.
Bununla da ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandamızda oyunçuların sayı 9-a çatıb. Bakı klubu Kondratyevadan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.
- Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs keçirilir
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb