Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, yığmamız VI turda Rumıniya ilə qüvvəsini sınayıb.
A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri yarışı fiasko ilə bitiriblər. Bu görüşədək xal qazana bilməyən voleybolçularımız yenə eyni uğursuzluğu yaşayıblar. Nəticədə 6 oyundan sonra təmsilçimiz qrup mərhələsində cəmi 2 setə sevinə bilib. Bu isə son illərin ən uğursuz göstəricisidir.
Qeyd edək ki, qrupun son matçında Fransa və İspaniya birinci yerin sahibini müəyyənləşdirəcək.
VI tur, 6 iyun
17:00. Azərbaycan – Rumıniya - 0:3 (24:26, 12:25, 25:27)
Hakimlər: Olivye Julye (Fransa), Daniel Aranoviç (Almaniya)
Marehal Harnes regional idman zalı
1 |
İspaniya |
5 |
4 |
1 |
14-7 |
12 |
2 |
Rumıniya |
5 |
3 |
2 |
14-10 |
11 |
3 |
Fransa |
5 |
3 |
2 |
12-7 |
10 |
4 |
Azərbaycan |
6 |
0 |
6 |
2-18 |
0 |