Qadın voleybolçulardan ibarət milli komandaların Avropa reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2021-in oyunları başa çatdıqdan sonra açıqlanan siyahıda bəzi dəyişikliklər olub.
Avropa Voleybol Konfederasiyasının (CEV) siyahısında yer alan Azərbaycan millisinin də mövqeyi dəyişib. Qitə çempionatında fiasko ilə üzləşən Vüqar Əliyevin yetirmələri turnirdə cəmi 54 xal qazanıb.
Bu da millimizin xal hesabını 185-ə çatdırıb. Komandamız bu göstərici ilə Avropada 11-cidir.
Yığma ötən cədvəllə müqayisədə 5 pillə geriləyib. Millimizi Rusiya, Almaniya, Polşa, Xorvatiya və Belçika keçib.
Qeyd edək ki, cədvələ Serbiya (248), İtaliya (244) və Türkiyə (236) yığmaları başçılıq edir.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq