Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının I dövrəsinin hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının oyunlarına təyinatlar da bəlli olub.
A qrupunda yer alan millimiz ilk dövrəni Rumıniyada keçirəcək. Komandamız Fransa, İspaniya və meydan sahibləri ilə görüşəcək. Vüqar Əliyevin yetirmələrinin oyunlarını Rumıniya, Bolqarıstan, Serbiya və Macarıstandan olan hakimlər idarə edəcək.
I tur, 28 may
20:00. İspaniya – Azərbaycan
Hakimlər: Pol Katalin Sabo-Aleksi (Rumıniya), Peter Sabo (Macarıstan)
Kluj. “Horia Demian” idman zalı
II tur, 29 may
17:00. Azərbaycan - Rumıniya
Hakimlər: İlian Georgiyev (Bolqarıstan), Predraq Balandiç (Serbiya)
Kluj. “Horia Demian” idman zalı
III tur, 30 may
20:00. Fransa – Azərbaycan
Hakimlər: Pol Katalin Sabo-Aleksi (Rumıniya), İlian Georgiyev (Bolqarıstan)
Kluj. “Horia Demian” idman zalı
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq