İtaliya klubuna keçdi – millimizin sabiq hücumçusu
18.08.2021 - 14:19
Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkovanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını İtaliyada davam etdirəcək.

Solaxay bombardir A1 seriyasının “Kasalmaggiore” klubuna keçib. O, yeni komandası ilə 2021/22 mövsümünü əhatə edən müqavilə imzalayıb.
31 yaşlı hücumçu bu keçidə münasibət bildirib: “Kasalmaggiore”nin bir üzvü olduğum üçün həqiqətən də çox şadam. İnanıram ki, birlikdə əla mövsüm keçirəcəyik. Ardımızca gəlin, oyunlarımıza gəlin ki, bizi dəstəkləyəsiniz”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0