Kapitan və 6 oyunçudan imtina, 5 debütant – yığmamızın heyəti açıqlandı
07.04.2021 - 09:41
Kapitan və 6 oyunçudan imtina, 5 debütant – yığmamızın heyəti açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 16 oyunçu sifariş edib. 

Bu voleybolçulardan 4-ü - Mirəşrəf Rzazadə, Uğur İbrahimov, Sənan Dünyamalıyev və Yeqor Nikulenko ilk dəfə əsas yığmaya dəvət alıb. Onlar bunadək gənclərdən ibarət komandamızda çıxış ediblər. Ramazan Ağabəyovun adı isə Gümüş Avropa Liqasında ilkin heyətə salınsa da, sonradan “14-lük”dən kənar qalıb. Bu dəfə 5 oyunçunun hər biri millidə debüt edə bilər. 

Fərid Cəlalov son heyətlə müqayisədə 7 təcrübəli voleybolçudan imtina edib. Hazırda Rusiyada olan kapitan Aleksey Çervyakov, həmçinin əsas heyət üzvlərindən sayılan Vüqar Bayramov, Cavid Süleymanov, Vadim Kutukov, İvan Kazaçkov, Rəsul İbrahimov və Asif Əliyev Avropa çempionatının seçmə mərhələsində komandamıza kömək edə bilməyəcəklər. Bu oyunçulardan sonuncusunun karyerasını bitirməsi də istisna edilmir. 

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla oynayacaq. Görüşlərə mayın 5-də start veriləcək. 

Azərbaycan millisi

Toppaylayıcılar: 2. Tural Həsənli, 12. Mirəşrəf Rzazadə, 13. Uğur İbrahimov

Blokçular: 6. Elmin Alışanov, 8. Yeqor Nikulenko, 10. Dmitri Obodnikov, 15. Dmitri Baranov, 16. Ramazan Ağabəyov

Hücumçular: 1. Mais Verdizadə, 4. Aqil Əlizadə, 5. Ruslan Əliyev 9. Pərviz Səmədov, 11. Sənan Dünyamalıyev, 17. Andrey Vasilenko

Liberolar: 7. Emil Abdullayev, 19. Kənan Allahverdiyev

0