ABŞ-ın “Marşal Universiteti” komandasının sabiq voleybolçusu Kayla Simmonsun idmançı karyerasını bitirməsinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu idmanı atmağa vadar olan gözəlçənin özü açıqlayıb.
O bildirib ki, instaqramda açıq-saçıq şəkillərini paylaşması üzündən təzyiqlərə məruz qalıb və seçimini edib: “Hələ kollecdə oxuyanda atletikaya maraq göstərirdim. Lakin təhsil müəssisəsinin müdiriyyəti paylaşdığım şəkillərin həddən artıq açıq-saçıq olduğunu əsas gətirirdi. Onlar hətta instaqram akkautumu silməyi də istədilər. Voleybolda da eyni hal yaşandı. Mən bədənimin gözəlliyindən və sevimli idman növündən həzz almaq istəyirdim. Seçim etməli idim ki, ya idmançı kimi qalım, ya da özümü azad və gözəl hiss edim”.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq