Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, VII turun hər iki qarşılaşmasının taleyi üç setdə həll olunub.
Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub. Öncə liderlər qrupunda yer alan “Neftçi” və MOİK üz-üzə gəlib.
Matçın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilsə də, “Neftçi” lideri asanlıqla məğlubiyyətə uğradıb. Bundan yararlanan “Murov” zirvəyə yüksəlib. “Ekspress” üzərində asan qələbə komandanı 1-ci pilləyə daşıyıb.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçirilib.
Yüksək Liqa
VII tur
23 fevral
15:00. “Neftçi” – MOİK - 3:0 (25:13. 25:14, 25:16)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
17:00. “Ekspress” - “Murov” - 0:3 (19:25, 18:25, 12:25)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
|
1 |
Murov |
6 |
5 |
1 |
16-6 |
532-431 |
14 |
|
2 |
Neftçi |
6 |
4 |
2 |
15-7 |
517-439 |
13 |
|
3 |
MOİK |
6 |
4 |
2 |
13-8 |
477-450 |
12 |
|
4 |
Ekspress |
5 |
1 |
4 |
3-12 |
266-369 |
3 |
|
5 |
Sərhədçi |
5 |
0 |
5 |
1-15 |
298-401 |
0 |
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq