Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, XIV tur çərçivəsində iki matç baş tutub.
Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunub. Öncə mükafatlar uğrunda mübarizə aparan MOİK və “Murov” meydana çıxıb. Qızıl medallara namizəd olan nominal qonaqlar rəqibini üç setdə məğlub edib. Bu qələbə “Murov”u birinci pilləyə daşıyıb.
Tura autsayderlərin görüşü ilə yekun vurulub. Bunadək xal həsrətində olan “Sərhədçi” “Ekspress”lə qarşılaşmada sensasiyaya imza atıb. Rəqibini büdrədən sərhədçilər ilk qələbəsini bayram edib.
Qeyd edək ki, bu turda çempionatın lideri “Neftçi” istirahət edəcək.
Yüksək Liqa
XIV tur
29 mart
15:00. MOİK – “Murov” - 0:3 (18:25, 23:25, 8:25)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
17:00. “Sərhədçi” – “Ekspress” - 3:1 (25:22, 27:25, 13:25, 25:23)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi
|
1 |
Murov |
11 |
10 |
1 |
31-7 |
933-694 |
29 |
|
2 |
Neftçi |
11 |
9 |
2 |
30-8 |
914-685 |
28 |
|
3 |
MOİK |
11 |
6 |
5 |
20-17 |
826-795 |
18 |
|
4 |
Ekspress |
12 |
2 |
10 |
7-30 |
650-892 |
6 |
|
5 |
Sərhədçi |
11 |
1 |
10 |
5-31 |
639-898 |
3 |
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq